“Tunelin inşası ərazinin mürəkkəb geoloji şəraiti nəzərə alınmaqla Yeni Avstriya metodu ilə həyata keçirilir. Bu yanaşma tikinti prosesində maksimum təhlükəsizliyin təmin olunmasına imkan verir”.
SİA xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, tikinti işləri şəhər infrastrukturuna maneə yaratmadan davam etdirilir: “Yerüstü ərazidə nəqliyyatın, o cümlədən avtobusların, dəmiryol vağzalının və metrostansiyaların fəaliyyəti normal rejimdə davam edir, piyadaların təhlükəsiz hərəkəti üçün bütün şərait yaradılıb”.