“Cəfər Cabbarlı-Nizami tunelinin ilk mərhələsi başa çatdırılıb” - Departament rəisi

8 Aprel 2026 11:45 (UTC+04:00)

“Xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan tunelin inşasının birinci mərhələsi artıq başa çatdırılıb. Görülən işlər çərçivəsində “28 May” stansiyası ətrafında iki fərqli ərazidə qazıntı işləri aparılıb və hazırlıq şaxtaları yaradılıb”.

SİA xəbər verir ki, bu fikirləri Bakı Metropoliteni QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yaradılan şaxtalar tikinti prosesinin təşkili, texnika və materialların əraziyə çatdırılması üçün istifadə olunur: “Eyni zamanda “Cəfər Cabbarlı” stansiyası istiqamətindən əsas tunel sahəsinə qədər olan yanaşma hissələrinin tikintisi də artıq tamamlanıb”.