Naxçıvan şəhərinin bir sıra küçələrində aprelin 8-də qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə SİA-nın yerli bürosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan şəhər Əziz Əliyev prospektində aparılan təmir-bərpa işlərilə əlaqədar olaraq saat 12:30-dək 6 437 abonentin və 300 qeyri-yaşayış obyektlərinin qaz təchizatında fasilə yaranacaq.
Təmir-bərpa işləri zamanı 10-cu küçə, Çənlibel məhəlləsi, 36-cı məhəllə, 20-ci məhəllə, Məmməd Araz küçəsi, Xətai məhəlləsi, 48-ci məhəllə, 49-cu məhəllə, Əziz Əliyev küçəsi, Şahtaxtinski küçəsi, 9-cu məhəllə, 35-ci məhəllə, Ümid gənclər şəhərciyi, Sabir küçəsi, 11-ci məhəllə, 12-ci məhəllə,