Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb

8 Aprel 2026 10:46 (UTC+04:00)

Bakıda iki nəfər dəm qazından zəhərlərək ölüb.

SİA xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.