Bu gün Biləsuvarda 600 abonentin qazı kəsiləcək - XƏBƏRDARLIQ

8 Aprel 2026 03:04 (UTC+04:00)

Bu gün Biləsuvarın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən əsas paylayıcı yeraltı qaz xəttində qaz sızması aşkar edilib.

Aşkar olunmuş nasazlığın aradan qaldırılması məqsədilə 8 aprel saat 10:00-dan etibarən təmir işləri başa çatanadək ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Mətləb