...Böyük Britaniya sakini qlobal fəlakət zamanı təcili yardım dəstində nə saxladığını açıqlayıb.
SİA xəbər verir ki, bu barədə Daily Mail yazır.
38 yaşlı Sofi Polyans təcili yardım dəsti hazırlamaq ideyasının həyəcan verici xəbərlərdən sonra ağlına gəldiyini söyləyib.
...Xəbərlər və sosial media səbəbindən dəhşətli bir şeyin baş verəcəyinə əmin idim, - deyə o etiraf etdi.
O, dəst üçün təxminən 100 funt sterlinq xərclədiyini söyləyib. İçində əllidən çox sağ qalma üçün lazımi əşyalar var: batareyalar, ocaq yandırıcı, qatlanan mişar, su təmizləyici avadanlıq, kompas, xəritə, yüksək kalorili qida, istilik yorğanı, çadır və hətta külək enerjisi ilə işləyən radio...
Lakin istifadəçilərin diqqətini cəlb edən yalnız praktik əşyalar deyildi.
İçindəkilər arasında dostlarının zarafatlarına və ərinin şübhələrinə səbəb olan ülgüc və şampun da var idi.
...Nə baş verəcəyini heç vaxt bilmirsən, ona görə də rahat olduğundan əmin olmalısan. Meşədə yaşamalı olsam, qoltuqlarımı qırxmalıyam, - Polyans izah edib.
O, dəstini "əsas" adlandırır və onu paltar və ehtiyat əşyalar üçün ayrıca bir çanta ilə tamamlayır.
Nazlı Almuradova