Azərbaycan Dünya Kubokunda üç kikboksinqçi ilə təmsil olunacaq

7 Aprel 2026 16:44 (UTC+04:00)

Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan kikboksinqçiləri bəlli olub.

Bu barədə SİA-ya Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mötəbər yarışda ölkəmizi üç idmançı təmsil ediləcək. Bunlar Zöhrab Əzimov, Elvin Məmmədov və Qəşəm Məmmədovdur. Onlar müvafiq olaraq, aprelin 9, 10 və 11-də mübarizəyə qoşulacaqlar.

Dünya Kubokuna aprelin 12-də yekun vurulacaq.