Xərçəng peyvəndi Azərbaycanda tətbiq olunacaq? - QURUMDAN AÇIQLAMA

7 Aprel 2026 16:31 (UTC+04:00)

Son dövrlərdə Rusiyada xərçəngə qarşı hazırlanmış peyvəndin icbari tibbi sığorta sisteminə daxil edilməsi səhiyyə sahəsində geniş müzakirələrə səbəb olub. Bu addım onkoloji xəstəliklərlə mübarizədə yeni mərhələ kimi qiymətləndirilir və bir çox ölkələr üçün maraq doğurur. Belə bir yanaşmanın tətbiqi, həm müalicə imkanlarının genişləndirilməsi, həm də əhalinin bu sahədə əlçatanlığının artırılması baxımından diqqət çəkir. Bu fonda oxşar təşəbbüslərin digər ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunub-olunmayacağı və ya müzakirə edilib-edilmədiyi məsələsi aktuallaşır.

Mövzu ilə bağlı SİA İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, Azərbaycanda xərçəngə qarşı sözügedən peyvəndin tətbiqi hələlik gündəmdə deyil və bu istiqamətdə konkret planlaşdırma aparılmır.

Qeyd olunur ki, ölkədə onkoloji xəstəliklərlə mübarizə mövcud müalicə və profilaktika üsulları çərçivəsində davam etdirilir.

Ayşən Vəli