"Niyə Şahramanyan Ermənistanda, Qarabağın qalan "liderləri" isə Bakıdadır?" - Simonyan

7 Aprel 2026 14:27 (UTC+04:00)

Ermənistan parlamentinin sədri Alen Simonyan Vətəndaş Müqaviləsi Partiyasının fövqəladə qurultayından əvvəl keçirilən brifinqdə "artsax"ın "prezidenti" Samvel Şahramanyanın Baş nazir Nikol Paşinyanın "Qarabağ ermənilərinin 2020-ci ildə qaçdığı" barədə dedikləri ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, "niyə o, İrəvanda, digərləri isə Bakıda həbsdədir?

""Qaçmaq"a başqa nə ad vermək olar? Təkrar edirəm, niyə o, İrəvanda müsahibə verir, halbuki Qarabağın digər "liderlər"i indi Bakıda həbsdədir? Qoy sussun. Nə qədər az danışsa, bir o qədər yaxşıdır. Mən ona məsləhət görürəm ki, az danışsın və orada-burada hansısa məmur kimi davranmasın. O, məmur deyil, şəxsən məmur olmadığını və heç vaxt məmur olmadığını bildirən sənəd imzalayıb və indi, ən azından, bizim himayədə, Ermənistan Respublikasının himayəsi altında bu cür davranmaq etik deyil. İndi hamı şirə çevrilib. Qoy az danışsın, belə şeyləri tamamilə deməyi dayandırsın və öz yerini bilsin. Mən ona xəbərdarlıq edirəm, öz yerini bilsin", - deyə o bildirib.