Bakı Limanında səpkili yük daşınmasında rekord artım olub

7 Aprel 2026 14:10 (UTC+04:00)

Bu ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Limanı tərəfindən 423 124 ton səpkili yük (karbamid və kükürd) aşırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 46 faiz artım deməkdir.

ADY-dən SİA-ya bildirilib ki, cari ilin mart ayında limanda 162 min ton səpkili yük aşırılıb. Bu, ötən ilin mart ayı ilə müqayisədə 94 faiz çox olmaqla yanaşı, səpkili yüklər üzrə aylıq rekord göstərici kimi qeydə alınıb.

Bundan əlavə, mart ayında Bakı Limanının Ümumi yüklər terminalında 78 gəmi yanaşması həyata keçirilib ki, bu da limanın fəaliyyət tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.