ABŞ prezidenti Donald Tramp Venesuela prezident seçkilərində iştirak etmək ehtimalını dilə gətirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Venesuela prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb . "Venesuelada indiyə qədər heç kimə nisbətən daha yüksək reytinqə sahibəm. Bütün bunlardan sonra Venesuelaya gedə bilərəm. Tezliklə ispan dilini öyrənəcəyəm - bu, çox çəkməyəcək; dil öyrənməkdə yaxşıyam. Və Venesuelaya gedəcəyəm. Prezidentliyə namizədliyimi irəli sürəcəyəm", - deyə o qeyd edib.
Eyni zamanda, o əlavə etdi ki, hələlik "seçilmiş prezidentdən məmnunuq".
Xatırladaq ki, Tramp əvvəllər özünü "Venesuelanın müvəqqəti prezidenti" adlandırırdı.
Trampın həmçinin ABŞ-ın Venesuelaya illərlə nəzarət edə biləcəyini dediyi bildirilir.