“Bu gün dünyanın çox yerləri münaqişə və müharibələrdən əziyyət çəkir. Cənubi Qafqaz da uzun illər münaqişələrin davam etdiyi region olmuşdur”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstan münasibətlərin möhkəmlənməsi Cənubi Qafqazda sülhün möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanların formalaşmasına yol açıb:
”Azərbaycan -Gürcüstan münasibətlərindəki yüksək inkişaf Ermənistan üçün də yeni imkanlar açıb. Belə ki, Azərbaycan Gürcüstan üzərindən Ermənistanla iqtisadi əməkdaşlığa başlamışdır. Gürcüstanla Azərbaycan arasındakı dostluq, qonşuluq və əməkdaşlıq münasibətləri hər zaman yüksək olmuşdur. Bu günki dövlətlərarası əlaqələrdəki müsbət dinamika bizim tariximizə əsaslanır. Təbii ki, müstəqllik illərində Azərbaycan Gürcüstan münasibətləri yeni müstəvidə inkişfa başlamışdır. Burda Azərbaycanın ərsəyə gətirdiyi enerji və nəqliyyat marşurutları Gürcüstanla birgə əməkdaşlığımnızın uğur hekayeləridir. Bakı-Tiblisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tiblisi-Qars dəmir yolu ölıkələrimizə faydalar gətirir. O cümlədən reallaşdırılması istiqaməıtində işlərə davam etdirilən və Qara dənizi dibi vasitəsilə inşası nəzərdə tutulan Yaşıl enerji marşurutu da birgə əməkdaşlığımız sayəsində əmələ gələcəkdir.
İkitərəfli əməkdaşlığımız da yüksələn templə inkişaf edir. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarındandır. Belə ki, 2025-ci ildə ölkələrimiz arasındakı ticarət dövrüyyəsi 800 milyon dolları keçmişdir. Cari ildə isə bu rəqəmin 1 milyard dollara çatacağı gözlənilir. Həm də Azərbaycan Gürcüstan iqtisadiyyatına bu günə qədər 3,7 milyard dollar sərmayə qoymuşdur. Dövlət başçımızın Gürcüstana səfəri ölkələrimiz arasında yeni investisya layhələrin icrası, o cümlədən sonrakı dövürdə üçüncü ölkələrdə birgə investisya layihələrin icrası və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın dərinləşdirlməsində yeni səhifə açacaqdır”.