Dünyada bir ilk! Çində tətbiq olunmağa başlandı

7 Aprel 2026 10:12 (UTC+04:00)

Çində Hepatit D virusuna qarşı ilk monoklonal antikor müalicəsinin tətbiqinə başlanıldığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Xinhua News Agency-nin xəbərinə görə, Tsinghua University ilə Pekində yerləşən Huahui Health şirkətinin əməkdaşlığı ilə hazırlanmış dərman paytaxtdakı bir xəstəxanada tətbiq olunmağa başlayıb.

“Libevitug” adlı dərman dünyada hepatit viruslarına qarşı ilk monoklonal antikor müalicəsi hesab olunur.

Bu dərman Hepatit B və Hepatit D viruslarının qaraciyər hüceyrələrinə daxil olmasının qarşısını alır və Hepatit D-nin yaratdığı qaraciyər infeksiyasını müalicə edir.

Dünyada 254 milyon Hepatit B daşıyıcısının təxminən 5%-i eyni zamanda Hepatit D infeksiyasına da yoluxur. Bu dərmanın həmin xəstələrin müalicəsində mühüm boşluğu dolduracağı gözlənilir.

Klinik sınaqlarına 2018-ci ildə başlanılıb. Dərmanın klinik sınaqlarına 2018-ci ildə başlanılıb. 2023-cü ildə isə xroniki xəstələrin iştirak etdiyi çoxmərkəzli beynəlxalq müalicə araşdırması aparılıb.

National Medical Products Administration dərmanın istifadəsinə yanvar ayında sürətləndirilmiş yoxlamadan sonra şərti icazə verib.
Monoklonal antikorlar tibbdə yalnız bir antikor hüceyrəsindən əldə olunan, antigenlərin hüceyrəyə bağlandığı tək bir epitopa qarşı reaksiya verərək spesifik immun cavab yaradan strukturlar kimi tanınır.