...Mark Şaqalın ən məşhur rəsmlərindən biri olan "Gəzinti" Sankt-Peterburqdakı Dövlət Rus Muzeyindən Minskdəki Belarus Milli İncəsənət Muzeyinə gətirilib.
SİA xəbər verir ki, ONT televiziya kanalının məlumatına görə, rəsm əsəri hərbiləşdirilmiş mühafizəçilər tərəfindən müşayiət olunub və 100 ildən çox yaşı olan şah əsər xüsusi nəqliyyatla daşınıb.
Mark Şaqalın tək rəsmi olan "Gəzinti" sərgisi 8 apreldə Minsk muzeyində açılır və üç ay davam edəcək.
SİA-nın əlavəsi: Deyim ki, yəhudi əsilli Mark Zaxaroviç (Moses Xatskeleviç) Şaqal (1887-1985), Belarusun Vitebsk vilayətindəki Liozno qəsəbəsində doğulsa da, daha çox rus və fransız rəssamı kimi təqdim edilir. Mark Şaqalın valideynləri oğullarının mühasib və ya katib olmağı arzulayırdılar. Lakin o, hələ 30 yaşına çatmamış dünyaca məşhur rəssam oldu. Mark Şaqal təkcə Rusiya və Belarusda deyil, həm də Fransada, ABŞ-da və İsraildə - yaşadığı və işlədiyi bütün ölkələrdə özünəməxsus sənətkarlardan biri hesab olunur.
Əli Babayev