Qanunsuz miqrantlar Belarusdan Latviyaya keçməyə cəhd edirlər...

6 Aprel 2026 19:05 (UTC+04:00)

...Baltikyanı ölkənin Dövlət Sərhəd Mühafizəsinin məlumatlarına görə, son 24 saat ərzində, 5 apreldə Latviya Belarusdan sərhədi qanunsuz keçməyə cəhd edən 65 miqrantın qarşısını alıb.

SİA xəbər verir ki, Pozirki tərəfindən gündəlik dərc olunan statistikanın təhlili göstərib ki, bu, 2026-cı ildə Latviya-Belarus sərhədində rekord gündəlik rəqəmdir.

Əvvəlki maksimum göstərici 31 martda 49 olub.

Bu ilin əvvəlindən bəri Latviya Belarusdan 512 sərhəd pozuntusu cəhdinin qarşısını alıb (yanvarda 0, fevralda 20, martda 295 və aprelin beş günü ərzində 197) ki, bu da ötən ilin eyni dövrü ilə (455) müqayisədə 12,5 faiz artım deməkdir.

Əli Babayev