2026-2027-ci tədris ili üzrə “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyat başlayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən SİA-ya bildirilib ki, qeydiyyat aprelin 30-dək davam edəcək.
“Rəqəmsal bacarıqlar” təmayüllü siniflər şagirdlərin nəzəri biliklərini daha da dərinləşdirməklə yanaşı, onların praktik tətbiq bacarıqlarını inkişaf etdirir, informasiya texnologiyaları sahəsində ixtisaslaşmasına və əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşmasına şərait yaradır.