Peşəkar Çövkən Liqasında III turun oyunları başa çatıb - FOTOLAR

6 Aprel 2026 12:16 (UTC+04:00)

Peşəkar Çövkən Liqasında (PÇL) III turun oyunları başa çatıb.

SİA Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ilk iki oyunda qələbə qazanan "Embawood" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.

Gərgin keçən görüş "sərhədçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında "Buta Qolden" komandası "Şamaxı"nı darmadağın edib - 5:0. Bazar günü keçirilən digər oyunlarda isə "Zəfər" "Xəzər"i (7:0), "Polad" isə "Omar"ı (3:0) məğlub edib.

Bundan əlavə, "Elit"lə oyuna çıxmadığı üçün "Atilla" klubuna 0:6 hesablı texniki məğlubiyyət verilib.

Üç turdan sonra turnir cədvəlinə hərəyə 9 xal toplayan "Polad", "Sərhədçi" və "Elit" komandaları başçılıq edirlər. Digər 3 kollektivin hesabında 6 xal var.

Bombardirlərin yarışında "Polad" klubunun üzvü Şəfayət Budaqov 9 qolla liderdir. Onun komanda yoldaşı Samir Pirimov 8, "Sərhədçi"nin oyunçularından Vahid Məmmədov 7, İbrahim Rzalı isə 5 qolla növbəti pillələrdə qərarlaşıblar.