Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti bəlli olub

6 Aprel 2026 12:00 (UTC+04:00)

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

SİA xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.

Yarışda Tehran Məmmədov (60 kiloqram), İsa Rüstəmov (71 kiloqram), Ravin Əlməmmədov (79 kiloqram) və Əli Şükürlü (110 kiloqram) qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-dan 26-dək təşkil olunacaq.