Prezident İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

6 Aprel 2026 10:54 (UTC+04:00)

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər.

SİA xəbər verir ki, dövlətimizin başçısı abidənin önünə əklil qoydu.