Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

6 Aprel 2026 10:53 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

SİA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,01 dollar artaraq 110,04 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,18 dollar azalaraq 111,36 dollar təşkil edib.