Azərbaycanda yağıntı sabah axşamadək davam edəcək

6 Aprel 2026 10:11 (UTC+04:00)

Azərbaycanda hazırda qeyri-sabit hava şəraiti aprelin 7-dək davam edəcək.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.