Tramp İraq kürdlərini İrana qarşı silahlandırır - İDDİA

5 Aprel 2026 22:25 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampla bağlı yeni məlumat yayılıb. “Foks Nyus”un aparıcısı Trey İnqst ilə müsahibəsində ABŞ-ın İran hökumətini iğtişaşlara təhrik etməklə devirməyə çalışan "etirazçılara" silah göndərdiyini təsdiqləyib.

SİTAT: “Biz etirazçılara silah göndərdik, onların əksəriyyətinə”, - deyə İnqst Trampdan sitat gətirib və prezidentin İraq kürdlərini nəzərdə tutduğunu vurğulayıb. Tramp əlavə edib ki, artıq kürdlərin “silahları götürdüyünü” düşünür.

Mətləb