Bu gün futbol üzrə Misli Premyer Liqasında 26-cı tura start verilib. SİA xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matç başa çatıb.
Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkib. Matç Qəbələ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb. Hazırda paytaxt klubu turnir cədvəlində 40 xalla beşinci, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla yeddinci yeri tutur.
Mətləb