Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Kəpəz” Yevlax şəhər stadionunda “Qəbələ”ni qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb. “Qəbələ” isə 19 xalla 11-ci yerdədir.