"Baxanda gözüm yaşarır ki, heç nə deyə bilmir"

5 Aprel 2026 02:15 (UTC+04:00)

Tanınmış müğənni Nadir Qafarzadə nəvələrindən danışıb. "Gün ortası" proqramında sualları cavablandıran ifaçı sosial şəbəkə hesabının nəvələri sayəsində aktivləşdiyini etiraf edib: "Əlacsız, dərdini deyə bilməyən körpədir. Baxanda gözüm yaşarır ki, heç nə deyə bilmir. O biri nəvəm 3 aylıqdır, artıq böyüyüb. Nəvələrim hesabına izləyicilərim çoxalır. Birinci nəvəmdə baxış 2,6 milyon olmuşdu".

Qeyd edək ki, N.Qafarzadənin oğlu Loğmanın Qafar, Əzizin isə Nadir adlı oğul övladı var.

Mətləb