"Ermənistanı geosiyasi tələdən çıxardıq" - Paşinyandan AÇIQLAMA

5 Aprel 2026 00:04 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətəndaş müqaviləsi" Partiyasının 8-ci növbədənkənar konfransında mühüm fikirlər açıqlayıb. O qeyd edib ki, Qarabağ hərəkatı Ermənistan Respublikasının yaradılmasına mane olan bir rıçaq idi. SİTAT: "Biz Qarabağ hərəkatının davam etməsinə yol verməmək iradəsini nümayiş etdirdik və Ermənistanı sülhə gətirdik. O, xalqımız üçün sərfəli görünürdü, ancaq əslində geosiyasi tələ idi. Biz Ermənistanı geosiyasi tələdən çıxardıq və xalqa söz verdiyimiz kimi, Ermənistanı sülhə gətirdik", - Baş nazir vurğulayıb.

Mətləb