TƏBİB-də yeni müşavir təyinatı olub

4 Aprel 2026 23:26 (UTC+04:00)

TƏBİB-in icraçı direktoruna müşavir təyin olunub. Bu vəzifəyə Zeynal Bayramlı təyinat alıb. Zeynal Bayramlı müşavir təyin olunması ilə bağlı xəbəri Report-a təsdiq edib.

Qeyd edək ki, o, bundan öncə 2024-2026-cı illərdə özəl tibb müəssisələrindən birində tibbi məsələlər üzrə direktor olub.

Mətləb