Bu il martın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 101,8 bənd təşkil edib.
SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, aylıq müqayisədə 0,6 bənd, ilin əvvəli ilə müqayisədə 0,7 bənd, ötən ilin martın 1-nə nisbətən 6,9 bənd azdır.
Fevralın sonuna manatın real effektiv məzənnəsi isı 115,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə eyni, ötən il martın 1-nə nisbətən isə 8,8 bənd azdır.