Livanda BMT sülhməramlılarına hücum olub - yaralananlar var

4 Aprel 2026 00:03 (UTC+04:00)

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Əl-Edeyse sərhəd rayonundakı müşahidə postunun atəşə tutulması nəticəsində üç sülhməramlı yaralanıb. Bu barədə UNIFIL-in mətbuat xidmətinin rəhbəri Kendis Ardel bildirib.

Onun sözlərinə görə, yaralananlar xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır. K. Ardel qeyd edib ki, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən "mavi dəbilqəlilərin" mövqelərinə açılan atəşin mənbəyini araşdırır.

Mətləb