Ağdaşda dəhşətli hadisə baş verib. Hadisə rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini Fərid Namiq oğlu Osmanovun güllələnmiş meyiti yaşadığı evin həyətində tapılıb. Onun cansız bədənini ailə üzvləri aşkar edib.
Hadisə yerinə baxış zamanı F.Osmanovun ov tüfəngindən açılan atəş nəticəsində öldüyü məlum olub. Faktla bağlı Ağdaş rayon prokurorluğunda cinayət işi açılıb, hadisənin motivi araşdırılır.
Mətləb