Pakistanın Hayber Paxtunxva əyalətində polis məntəqəsinə bombalı avtomobillə hücum nəticəsində 5 nəfər həyatını itirib, 1-i polis olmaqla 13 nəfər yaralanıb.
SİA “Dawn” qəzetinin məlumatına istinadən xəbər verir ki, Hayber Paxtunxvanın Bannu bölgəsində bir polis məntəqəsinə partlayıcı yüklü avtomobillə hücum edilib.
Hücum nəticəsində 5 nəfər ölüb, 1-i polis olmaqla 13 nəfər yaralanıb.
Həyatını itirənlərdən 4-nün eyni ailədən olduğu müəyyən edilib.
Vəziyyəti ağır olan bəzi yaralılar xəstəxanaya yerləşdirilib.Polis məntəqəsi və ətrafdakı binaların ciddi zərər gördüyü hücumda, dağıntılar altında qalanların ola biləcəyi ehtimal edilir.