...5 aprel bazar günü keçiriləcək qarşıdan gələn görüşdə OPEC+ ölkələri may ayı üçün hasilat limitini artırmaq barədə razılığa gələcəklər və bu da tankerlərin Hörmüz boğazından daşınmaları bərpa etdikdən sonra hasilatı daha da artırmağa hazır olduqlarını göstərir.
SİA-nın əldə etdiyi məlumata görə, Reuters bu barədə mənbəyə istinadən yazıb.
OPEC+-ın digər iki həmsöhbəti qarşıdan gələn görüşdə neft hasilatının daha da artırılmasının nəzərdən keçiriləcəyini təsdiqləyib.
Onlardan biri deyib ki, “...bazar hazırda istehsal edilə bilən hər barelə tələbat duyur”.
Əvvəlki görüşdə OPEC+ üzvləri istehsal limitini gündə 206.000 barel artırmaq barədə razılığa gəliblər.
Müzakirədə səkkiz ölkə iştirak edib: Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman.
Hasilatı artırmaq qərarı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı 28 fevralda başladıqdan sonra verilib.
Əli Babayev