...Yadınızda olar: hələ o vaxt, yəni dəqiq desək 2024-cü ilin iyulunda Amerikalıların aya endiyini ruslar da rəsmi olaraq təsdiqləmişdi...
Amma indi mövzu başqadır?
Belə ki, rusların yarıdan çoxu amerikalı astronavtların 1969-cu ildə Aya enmədiyinə inanır. Respondentlər bütün dəlillərin saxta olduğuna əmindirlər.
SİA xəbər verir ki, bu, kp.ru tərəfindən aparılan sorğudan irəli gəlir. Rusların yarıdan çoxu amerikalıların Aya eniş etdiyinə inanmır.
Sorğuya görə, respondentlərin 72 faizi Neil Armstronq və Edvin Aldrinin əslində Ayın səthində təxminən bir gün keçirdiyinə inanmır.
Sorğu iştirakçıları amerikalıların Ay torpağını başqa yollarla əldə etdiklərinə və bütün fotoşəkillərin saxta olduğuna inanırlar.
Lakin, rusların daha 27 faizi amerikalıların Aya eniş etdiyinə inandıqlarını bölüşüb.
Bu respondentlər sübutu olan bir fakta inanmaqdan imtina etməyi axmaqlıq hesab edirlər. Onlar hətta Sovet hakimiyyətinin də enişi mübahisələndirmədiyini vurğulayıblar.
Respondentlərin qalan 1 faiz "digər" varianta səs verib. Respondentlər suala qəti cavab verə bilmədiklərini etiraf ediblər.
Əvvəllər bildirilirdi ki, 2026-cı ildə insanlar “Apollon” missiyalarından bəri ilk dəfə Ayın uzaq tərəfini öz gözləri ilə görəcəklər.
“Artemis 2” missiyasındakı astronavtlar 2027-2028-ci illərdə eniş etməyə hazırlıq məqsədilə oraya gedirlər.
Əgər hər şey plana uyğun gedərsə, yeni ildə Blue Origin aerokosmik şirkətinin təsisçisi və sahibi Ceff Bezos uzun müddətdir rəqibi olan amerikalı milyarder və SpaceX kosmik şirkətinin təsisçisi İlon Maskdan qisas alacaq və Aya ilk eniş edərək onu keçəcək.
Əli Babayev