"Qarabağ" inzibati işçilərə ən çox maaş ödəyən klubdur

3 Aprel 2026 12:41 (UTC+04:00)

Misli Premyer Liqasında klubların 2024-cü ildə inzibati işçilərə ödədikləri əməkhaqqılar müəyyənləşib.

SİA-nın məlumatına görə, bu barədə AFFA-nın hesabatında bildirilib.

İnzibati işçilərə ən çox məvacibi "Qarabağ" verib. Ağdam klubunda bu rəqəm 6 milyon 805 min 500 manat təşkil edib.

İkinci sırada "Sabah" qərarlaşıb. Masazır klubu 5 milyon 145 min 600 manat maaş ödəyib. İlk "3-lüy"ü "Neftçi" qapayıb - 1 milyon 976 min 847 manat.

Növbəti sıralarda "Sumqayıt" (1 milyon 610 min 800 manat), "Zirə" (1 milyon 351 min 61 manat), "Turan Tovuz" (867 min 600 manat), "Şamaxı" (644 min 300 manat), "Səbail" (588 min 700 manat), "Araz-Naxçıvan" (209 min 700 manat) və "Kəpəz" (108 min 300 manat) yer alıblar.