Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar

3 Aprel 2026 11:54 (UTC+04:00)

Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar.

SİA xəbər verir ki, qrafit tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Binaya dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir.