Bakıda bədii gimnastika üzrə beynəlxalq turnir start götürüb

3 Aprel 2026 10:45 (UTC+04:00)

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri start götürüb.

SİA xəbər verir ki, idmançılar Milli Gimnastika Arenasında təşkil olunan yarışın ilk günündə təsnifat mərhələsində çıxış edirlər.

Böyüklər və gənclər kateqoriyası üzrə gimnastlar halqa, top, gürzlər və lent proqramlarında bacarıqlarını nümayiş etdirirlər.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.