Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilir

3 Aprel 2026 09:19 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında bu gün pley-in mərhələsinə strart veriləcək.

SİA-nın məlumatına görə ilk gündə iki qarşılaşma baş tutacaq.

Saat 15:00-da "Quba" evdə "Şəki" ilə üz-üzə gələcək. Oyun Quba Olimpiya İdman Kompleksində keçiriləcək.

Saat 19:00-da isə "Naxçıvan"la "Sərhədçi" qarşılaşacaq. Bu görüş Bakı İdman Sarayında baş tutacaq.