İtaliya millisi Dünya Çempionatından kənarda qaldı, prezident istefa verdi...

2 Aprel 2026 23:27 (UTC+04:00)

İtaliya futbolunda tarixi uğursuzluqdan sonra köklü dəyişikliklər başlayıb. Ölkənin futbol federasiyasının prezidenti Qabriel Qravina rəsmən istefa verib.

SİA xəbər verir ki, DÇ-2026-nın pley-off mərhələsinin finalında Bosniya və Herseqovinaya penaltilər seriyasında məğlub olan (1:4) İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatından kənarda qalıb. Bu nəticədən sonra bu gün keçirilən fövqəladə iclasda 2018-ci ildən quruma rəhbərlik edən Qravina vəzifəsindən ayrıldığını elan edib.

Mətləb