Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub. SİA BBC-yə istinadən məlumat verir, Putin bildirib ki, Cənubi Qafqazda sabitliyin təmin olunması üçün dialoq vacibdir və regionda kommunikasiyaların açılması iqtisadi əməkdaşlığı gücləndirə bilər.
Putin, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.
Rusiya Prezidenti əlavə edib ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) digər ölkələrin daxili proseslərinə müdaxilə etməməlidir.
Paşinyan isə Ermənistanın regional sülh prosesinə sadiq olduğunu qeyd edib və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.