İndoneziyada episentri Şimali Maluku adasının Ternate şəhəri yaxınlığında yerləşən 7,4 bal gücündə zəlzələnin görüntüləri ortaya çıxıb.
SİA xarici KİV -ə istinadən xəbər verir ki, baş verən güclü zəlzələ nəticəsində ilkin məlumata görə, ən azı 1 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. Bir çox ərazilərdə ciddi maddi ziyan qeydə alınıb.
Zəlzələ ilə bağlı müvəqqəti sunami xəbərdarlığı edilib. ABŞ Geoloji Xidməti bildirir ki, sarsıntı yerin təxminən 35 kilometr dərinliyində baş verib.
Havay mərkəzli Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzi isə İndoneziya, Filippinlər və Malayziya sahilləri boyunca sunami dalğalarının yarana biləcəyi barədə xəbərdarlıq edib.