Bahar Muradova Gəncədə vətəndaşları qəbul edəcək

2 Aprel 2026 16:17 (UTC+04:00)

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gəncədə vətəndaş qəbulu keçirəcək.

Bununla bağlı SİA-ya komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul aprelin 10-u saat 10:00-da Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının inzibati binasında baş tutacaq.

Qəbulda Gəncə şəhəri, Samux və Kəlbəcər rayon sakinlərinin müraciətlərinə baxılacaq.