"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi (ABA) və Çin Kənd Təsərrüfatı Bankı arasında kənd təsərrüfatının maliyyələşdirilməsi müzakirə edilib.
SİA bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, ABA və Çin Bankının nümayəndə heyəti arasında işgüzar görüş keçirilib. Görüş zamanı Bankın beynəlxalq fəaliyyəti, kreditlərin verilməsi mexanizmləri, kənd təsərrüfatı sahəsinin maliyyələşdirilməsi, istehlak kreditləri üzrə müasir tendensiyalar, innovativ məhsulların inkişafı, eləcə də kredit proseslərində çevik yanaşmaların tətbiqi ilə bağlı təqdimatlar keçirilib.
Tərəflər gələcək əməkdaşlıq imkanları, birgə təşəbbüslər və təcrübə mübadiləsinin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıb.
Görüş səfər çərçivəsində təşkil olunub, əməkdaşlığın gücləndirilməsi məqsədilə müzakirələrin davam etdirilməsi nəzərdə tutulur.