Hakimi təhqir etdiyi üçün cəza alacaq...

2 Aprel 2026 02:06 (UTC+04:00)

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr ciddi cəza ilə üzləşə bilər. "Sky Sports"un məlumatına görə, ingiltərəli futbolçunun "Bornmut"la matçda qırmızı vərəqə aldıqdan sonra hakimə etirazı və qeyri-etik davranışı İngiltərə Futbol Assosiasiyası tərəfindən araşdırılır.

Bildirilib ki, Maquayr aprelin 2-nə qədər ittihamlara cavab verməlidir. Əgər hakimi təhqir etdiyi sübuta yetirilərsə, onun cəzası bir oyunluq diskvalifikasiyadan daha uzun ola bilər.

Mətləb