Həşdi-Şabinin komandiri İraqda öldürüldü

2 Aprel 2026 00:18 (UTC+04:00)

İraqın şimal-qərbindəki Neynəva əyalətində hava hücumu nəticəsində Həşdi-Şabi şiə xalq milislərininin komandiri öldürülüb. Bu barədə İraqın təhlükəsizlik xidmətlərindəki mənbəyə istinadən “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, adı hələ açıqlanmayan komandir Təl Afar şəhərindəki 53-cü milis briqadasının qərargahına hücum zamanı ölüb.

Mətləb