İtkin düşən 10 nəfər tapılıb - Polis

2 Aprel 2026 00:04 (UTC+04:00)

Azərbaycanda itkin düşən 10 nəfər polis əməkdaşları tərəfindən tapılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, martın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Mətləb