Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

1 Aprel 2026 15:02 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Bu barədə SİA-ya səhmdar cəmiyyətindən bildirilib.

Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.