Emirates Airlines öz saytında İran vətəndaşlarının BƏƏ-yə girişinin qadağan olunduğunu bildirib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyət viza və pasport tələblərinin yoxlanılması zamanı əks olunub. Qərarın səbəbləri açıqlanmır və ölkə hakimiyyətindən rəsmi şərh yoxdur.
Flydubai istisna elan edib: BƏƏ-nin "qızıl vizası" olan iranlılar ölkəyə daxil ola və tranzit keçə bilərlər. Bu sənəd investisiya yolu ilə uzunmüddətli yaşayış icazəsi verir.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra Tehran Yaxın Şərqdəki Amerika bazalarına zərbələr endirib. Müxalifət qəzeti olan "Iran International" İran vətəndaşlarının BƏƏ-də yaşayış icazələrinin ləğv olunmağa başladığını bildirib.
Nəşrin məlumatına görə, eskalasiyanın əvvəlindən bəri BƏƏ-də yüzlərlə ballistik raket və təxminən 2000 dron atılıb, ölən və yaralananlar qeydə alınıb. Ölkədə İranla əlaqəli təşkilatlar bağlanır və deportasiyalar qeydə alınır.