Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

1 Aprel 2026 13:19 (UTC+04:00)

Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək.

Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 17-i saat 10:00-da Ağdam şəhəri, Heydər Əliyev prospekti, "İmarət" küçəsidə Ağdam, Füzuli, Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 2026-cı il aprelin 13-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.