Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.
Qeyd edilib ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.