Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib

1 Aprel 2026 10:05 (UTC+04:00)

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

SİA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.